Cəmiyyət

Bakıda parka giriş niyə bağlandı? - FOTO

30 Sentyabr 2014 12:44
0 Şərh     Baxış: 1 121
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakının Füzuli küçəsindəki parka yollanmaq istəyənlər problemlərlə qarşılaşıblar.

Milli.Az Day.Az-a istinadən bildirir ki, parka aparan yeraltı keçidlərdən biri günlərdən bəri bağlıdır və nəticədə Füzuli küçəsindən parka yollanmaq çətinləşib. Bunun üçün yolu qaçaraq keçmək lazımdır. Şəmsi Bədəlbəyli küçəsindən parka gedənlər isə Füzuli küçəsi istiqamətində parkdan çıxa bilirlər.
 

Yeraltı keçid niyə bağlanıb?
 

Bakı Şəhər İcra Hakimiyyətinin xüsusi təyinatlı avtomobil nəqliyyatı idarəsinin rəis müavini Lətif Axundovun dediyinə görə, yeraltı keçidin bağlanmasının səbəbi Füzuli küçəsindəki obyektlərdən birində aparılan inşaat işləridir.
 

"Keçiddə heç bir iş aparılmır və onun nə zaman istifadəyə veriləcəyi barədə heç nə deyə bilmərəm. Parka getmək üçün vətəndaşlar başqa keçidlərdən də istifadə edə bilərlər", - L.Axundov söylədi.
 

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.