Cəmiyyət

Məmur balasının qalmaqallı avtomobili yenə Bakı küçələrində - VİDEO - FOTO

30 Sentyabr 2014 11:10
16 Şərh     Baxış: 10 617
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qarşıda gedən avtomobil bir müddət əvvəl ölkə mətbuatını şəkilləri ilə zəbt edən 10 LZ 100 dövlət nömrə nişanlı "Nissan Skyline GT-R35"-dir. Milli.Az xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan avtomobil həmin vaxt cərimə meydançasına aparılmışdı.

Hətta sahibinin sürücülük hüququndan məhrum edilməsi ilə bağlı rəsmi məlumatlar da yayılmışdı. Millət vəkili Elton Məmmədov bahalı maşının oğlu Aynara deyil, Zaur Bağırov adlı bir şəxsə məxsus olduğunu, hətta Zauru tanımadığını demişdi. Daha sonra məlum oldu ki, Zaur Bağırov millət vəkilinin oğlu Aynar Məmmədovun ən yaxın dostudur.

İki gün əvvəl qalmaqallı "Nissan" Bakının mərkəzində gözə dəyib. Həmin avtomobilin bir neçə saniyəlik videosunu çəkən əməkdaşımız maşının sükanı arxasında olan şəxsi Aynar Məmmədova oxşatmayıb.

Anar Məmmədov
Milli.Az


Böyütmək üçün şəklə klikləyin.



Videonu izləmək üçün şəklə klikləyin.



Video: Ceyhun Ələkbərov
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.