Cəmiyyət

Xınalıq kəndində zəlzələ nəticəsində bəzi evlərdə çatlar əmələ gəlib

29 Sentyabr 2014 18:31
0 Şərh     Baxış: 3 591
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çatlar, əsasən, çoxdan inşa olunmuş və çiy kərpicdən tikilən evlərdə qeydə alınıb

Sentyabrın 29-u səhər saatlarında respublika ərazisində baş verən zəlzələ Qubanın Xınalıq kəndində müəyyən fəsadlar törədib. Quba rayon icra hakimiyyəti başçısının Xınalıq inzibati dairəsi üzrə nümayəndəsi Fizuli Şərifov bildirib ki, yaşayış məntəqəsindəki evlərdə dağıntı qeydə alınmasa da, 10-a yaxın evin və bir neçə yardımçı tikililərin divarlarında çatlar əmələ gəlib.

Çatlar, əsasən, çoxdan inşa olunmuş və çiy kərpicdən tikilən evlərdə qeydə alınıb. Kənd icra orqanları zəlzələdən ziyan çəkən evlərə baxış keçirib, sakinlərlə görüşüb. Evlərə dəyən ziyan barədə əlaqədar qurumlar məlumatlandırılıb. Quba rayon Fövqalədə Hallar Komisiyasının üzvləri də vəziyyətlə yerində tanış olmaq üçün Xınalıq kəndinə olacaqlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.