Cəmiyyət

Ayın son günü Azərbaycanda hava necə olacaq?

30 Sentyabr 2014 00:05
3 Şərh     Baxış: 5 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 30-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı, günün ikinci yarısında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi 15-20 m/s olacaq, gecə arabir 25-30 m/s-dək güclənəcək, günün ikinci yarısında 9-14 m/s-dək mülayimləşəcək.

Temperaturun gecə 12-15° isti, gündüz 16-18° isti, Bakıda gecə 13-15° isti, gündüz 16-18° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq, gecə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-10° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 17-22° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 7-12° isti, gündüz 13-18° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir.

Qərb küləyi 5-10 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında arabir yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi 5-10 m/s olacaq, gecə və səhər ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 16-18° isti, gündüz 17-22° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-17° isti olacaq.

Tibbi-meteoroloji proqnoz

Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü meteohəsssas insanlar üçün əsasən əlverişsizdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.