Cəmiyyət

Bakının mərkəzində bağlı yol açıldı - YENİLƏNİB

29 Sentyabr 2014 16:02
0 Şərh     Baxış: 1 357
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
16:02

Bakının Neftçilər prospektinə paralel olan Zərifə Əliyeva küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti bərpa edilib. Bunu Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.
 

Qeyd edək ki, bir neçə saat öncə Bakının Neftçilər prospektinə paralel olan Zərifə Əliyeva küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılmışdı.

Yolda hərəkətin məhdudlaşdırılması həmin ərazidə qısamüddətli dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə bağlı idi.


----------
15:45

Bakının Neftçilər prospektinə paralel olan Zərifə Əliyeva küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Bunu Trend-ə Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, yolda hərəkətin məhdudlaşdırılması həmin ərazidə qısamüddətli dövlət əhəmiyyətli tədbirin keçirilməsi ilə bağlıdır: "Həmin tədbirin iştirakçılarının təhülkəsizliyinin təmin edilməsi məqsədilə Zərifə Əliyeva küçəsinin Azadlıq prospekti ilə kəsişməsindən Rəsul Rza küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılaraq istiqamət dəyişdirilib".

Sürücülərə bu istiqamətlər üzrə nəqliyyat sıxlığının yaranacağı ehtimalını nəzərə alaraq, alternativ yollardan istifadə edilməsi tövsiyə edilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.