Cəmiyyət

Yeni qovşaq Bakıya "nəfəs" verdi - VİDEO

29 Sentyabr 2014 12:47
1 Şərh     Baxış: 1 394
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının ən ciddi problemlərindən biri yollardakı tıxaclardır.
 

Həmin problemin çözümü istiqamətində konkret addımlar atılır. Belə ki, sentyabrın 1-də Ziya Bünyadov prospekti ilə Əbdülvəhab Salamzadə, Alı Mustafayev və Hüeynbala Əliyev küçələrinin kəsişməsində yol qovşağı istifadəyə verilib.
 

Milli.Az Day.Az-a istinadən bildirir ki, "Xutor dairəsi" kimi tanınan bu səmtdəki qovşağın istifadəyə verildiyi gündən bəri keçən vaxt ərzində A.Salamzadə, A.Mustafayev, H.Əliyev, R.Cəfərov, H.Seyidzadə və R.Məmmədov küçələrində nəqliyyat axını nizama düşüb.

Bundan başqa, "20 Yanvar" metrosundan vaxtilə Karl Marksın heykəlinin ucaldığı istiqamətə və əksinə nəqliyyat vasitələrinin maneəsiz hərəkəti təmin olunub.
 

"Azəryolvervis" ASC-dən verilən məlumata görə, Azadlıq və Z.Bünyadov prospektlərinin kəsişməsindəki yol qovşağında təmir işləri başa çatandan sonra situasiya daha da normallaşacaq.
 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.