Cəmiyyət

Sinoptiklərdən xəbərdarlıq!

26 Sentyabr 2014 13:38
10 Şərh     Baxış: 10 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan sinoptikləri ölkədə hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, sentyabrın son günlərində ölkə ərazisində qeyri-sabit hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir, sentyabrın 29-30-da isə hava şəraitinin daha da kəskinləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, bəzi ərazilərdə isə şiddətlənəcəyi ehtimalı var. Sentyabrın 29-30-da havanın temperaturu ötən günlərlə müqayisədə kəskin - 5-10 dərəcə enəcək.

Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, bəzi yerlərdə fasilələrlə yağış yağacaq. Gündüz cənub-şərq küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında sentyabrın 27-də havanın temperaturu gecə 16-18, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sentyabrın 27-də əsasən şimal və şərq rayonlarında şimşək çaxacaq, leysan xarakterli yağış yağacaq, şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 13-18, gündüz 25-30 dərəcə, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.