Cəmiyyət

Bu günün hava proqnozu

25 Sentyabr 2014 00:05
2 Şərh     Baxış: 3 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Fasilələrlə yağış yağacağı gözlənilir. Gecə saatlarında şimşək çaxacağı ehtimalı var.

Güclü şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir.

Temperatur gecə 18-20° isti, gündüz 20-24° isti, Bakıda gecə 18-20° isti, gündüz 21-23° isti olacaq.
Atmosfer təzyiqi 753 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında fasilələrlə leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Qərb küləyinin gecə güclənəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir.

Temperatur gecə 13-18° isti, gündüz 22-27° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında fasilələrlə leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Qərb küləyinin gecə güclənəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir.

Temperatur gecə 3-8° isti, gündüz 8-13° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında fasilələrlə leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Qərb küləyinin gecə güclənəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir.

Temperatur gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında fasilələrlə leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Qərb küləyinin gecə güclənəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir.

Temperatur gecə 11-16° isti, gündüz 18-23° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında fasilələrlə leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Qərb küləyinin gecə güclənəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir.

Temperatur gecə 15-20° isti, gündüz 22-27° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında fasilələrlə leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.

Şimal-şərq küləyinin gecə güclənəcəyi, gündüz mülayimləşəcəyi gözlənilir.

Temperatur gecə 16-20° isti, gündüz 20-25° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-20° isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.