Cəmiyyət

Bakıda toy "kareta"sı. Bizə belə "qlamur" gərəkdir? - MÜZAKİRƏ

23 Sentyabr 2014 12:43
8 Şərh     Baxış: 8 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda karetaya bənzəyən dəbdəbəli toy maşını var.
 

Milli.Az Day.Az-a istinadən bildirir ki, kareta formasında olan həmin avtomobil "Şamaxinka"dakı dayanacaqlardan birindədir.
 

Yerli sakinlərin dediklərinə görə, başqa toy maşınları ilə müqayisədə bu "kareta"ya sifariş azdır. Görünür, bu maşın şəhər sakinlərini cəlb etmir.

Avtomobilin görünüşündə qlamurluqdan daha çox, zövqsüzlük var.
 

Ümumiyyətlə, toy maşınları son vaxtlar karnaval bəzəkləri satışı üzrə səyyar dükanlara bənzəyir. Avtomobil sahibləri "daha yaxşı, daha bəzəkli" formaya nail olmaq üçün çiçəklər, hava şarları, rəngli kağız, lentlərdən tutmuş, əllərinə düşən hər şeyi maşınlara vururlar.
 

Bəs siz nə düşünürsünüz? Toy maşını necə olmalıdır?
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.