Cəmiyyət

Hansı universitet yaxşı qorunur, hansının qapıları taybataydır...

22 Sentyabr 2014 18:35
0 Şərh     Baxış: 1 731
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Yay aylarında ali təhsil müəssisələrinin qarşısında mühafizəçi postlarını boş görürdük. İstənilən şəxs universitetlərin həyətinə daxil ola bilirdi. Yeni tədris ilinin başlanması ilə əlaqədar universitetlər təhlükəsizlik sistemini möhkəmləndirməyə səy göstəriblərmi?

Modern.az saytı universitetlərin mühafizə xidməti ilə bağlı araşdırma aparıb.

Bakı Dövlət Universitetinin mətbuat katibi Pərvanə İbrahimova deyib ki, hazırda burada ciddi təhlükəsizlik sistemi var: "Tələbə biletləri yoxlanılır. Müəllim və digər işçilərin də vəsiqələrinə baxılır. Universitetdə fəaliyyət göstərməyən kənar şəxslər gələndə müvafiq qurumlarla əlaqə saxlandıqdan sonra içəri buraxılır".

Azərbaycan Dövlət Neft Akademiyasının mətbuat katibi Tahirə Qafarlı qeyd edib ki, bu ali məktəbin təhlükəsizlik sistemi gücləndirilib: "Mühafizə sistemi hazırda gücü rejimdə işləyir".

Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova məlumat verib ki, bu ali məktəb "Riyad" mühafizə xidməti ilə müqavilə bağlayıb. "Şirkətin mühafizə işçiləri universiteti qoruyur. 6 tədris binamız var. Onların hər birinin təhlükəsizliyi qorunur. Həmçinin, yataqxanalarımızda da mühafizə xidməti var. İçilər tələbələrə diqqətlə yanaşır. Yeni gələn tələbələrin siyahısı jurnala yazılıb. Onları adları ilə yoxladıqdan sonra yataqxanaya buraxırlar".
O, qeyd edib ki, saat 14:00-a qədər inzibati binaya heç kim buraxılmır. "Tələbələr tələbə bileti, müəllimlərin isə vəsiqələri yoxlandıqdan sonra universitetə buraxılır".

Azərbaycan Universitetindən verilən məlumata görə, təhsil müəssisəsi "Attack security" şirkəti ilə müqavilə imzalayıb. Şirkətin mühafizə xidməti universiteti qoruyur. "3 binanın hər üçündə mühafizə sistemi güclüdür. Yayda da təhlükəsizliyi qorunur. Mühafizə xidməti ilboyu 24 saat rejimində çalışır. 3 binada davamlı 6 mühafizəçi işdə olur. Müəllim və tələbələrin giriş üçün vəsiqəsi var. Onlarsız içəri daxil olmurlar".

Qafqaz Universitetindən verilən məlumata görə, Abşeron rayonu mühafizə polisi ilə müqavilə imzalanıb. Ali məktəbin giriş və çıxış qapısındakı mühafizəçilər içəri daxil olan müəllim və tələbələri vəsiqəsiz buraxmırlar.

Azərbaycan Dillər Universitetinin mətbuat xidmətinin rəhbəri Zeynəb Kazımova bildirib ki, ali məktəbin hər üç binasında ciddi mühafizə sistemi fəaliyyət göstərir. Universiteti gücləndirilmiş mühafizə xidməti qoruyur.

Bakı Slavyan Universitetinin (BSU) mətbuat katibi rəhbəri Adil Əliyev BSU-da kifayət qədər ciddi mühafizə sisteminin qurulduğunu bildirib.

"Təhlükəsizlik xidməti 24 saat fəaliyyət göstərir. Univeristet "Riyad" mühafizə təşkilatı ilə müqavilə bağlayıb. Hər iki korpusun, hətta univesitetin məktəb-lisey kompileksinin də mühafizə postları var. Mühafizəni xüsusi hazırlıq keçmiş peşəkar mühafizəçilər yerinə yetrir".

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.