Cəmiyyət

Bu günün hava proqnozu

23 Sentyabr 2014 00:05
1 Şərh     Baxış: 3 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 23-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında gecə və səhər hava şəraitinin tutqun olacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, günün ikinci yarısında isə havanın dəyişkən buludlu keçəcəyi gözlənilir.

Şimal küləyi 7-12 m/s, gündüz cənub küləyi 8-13 m/s, arabir 15 m/s olacaq.

Temperaturun gecə 17-20° isti, gündüz 23-28° isti, Bakıda gecə 18-20° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava, əsasən, yağmursuz keçəcək.

Şərq küləyi 5-10 m/s olacaq.

Temperatur gecə 10-15° isti, gündüz 27-32° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq.

Temperaturun gecə 5-10° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək.
Şərq küləyi 5-10 m/s olacaq.

Temperaturun gecə 13-18° isti, gündüz 26-31° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında, əsasən, axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq.

Temperaturun gecə 12-17° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz hava, əsasən, yağmursuz keçəcək.

Ayrı-ayrı yerlərdə duman olacaq.

Şərq küləyi 5-10 m/s olacaq.

Temperaturun gecə 15-20° isti, gündüz 27-32° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Səhər dağlarda duman olacaq.

Şimal-şərq küləyi 5-10 m/s olacaq.

Temperaturun gecə 18-20° isti, gündüz 26-31° isti, dağlarda gecə 8-13° isti, gündüz 19-24° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 23-ü axşamdan 25-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin tərəddüdü meteohəssas insanlar üçün əlverişsizdir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.