Cəmiyyət

Sinoptiklərdən xəbərdarlıq - YENİLƏNİB

22 Sentyabr 2014 14:40
13 Şərh     Baxış: 11 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
14:40

Azərbaycan sinoptikləri sentyabrın 25-dən ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi barədə xəbərdarlıq edirlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, sentyabrın 25-dən ölkə ərazisində havanın temperaturu yenidən 5-10 dərəcə enəcək, hava yağıntılı olacaq, bəzi ərazilərdə yağıntı intensivləşəcək.

Bakıda və Abşeron yarımadasında sentyabrın 23-ü axsamdan başlayaraq 24-ü gündüzə kimi cənub-qərb küləyinin güclənəcəyi, 24-də axsama doğru şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir. Sentyabrın 25-də güclü küləkli hava davam edəcək. Həmin müddət ərzində şimal-qərb küləyinin arabir güclənəcəyi ehtimal olunur.

Sentyabrın 25-də yağış yağacağı gözlənilir. Sentyabrın 24-də havanın temperaturu 28-33 dərəcəyə yüksələcək. Sentyabrın 25-də isə temperatur 5-10 dərəcə enəcək və temperatur 20-23 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sentyabrın 23-də gecəyə doğru bəzi rayonlarda cənub-qərb küləyinin güclənəcəyi, 24-dən gündüz şimal-qərb küləyi ilə əvəz olunacağı, 25-dək güclü küləkli hava şəraitinin davam edəcəyi proqnozlaşdırılır. Bəzi Kür vadisi rayonlarında, eyni zamanda, Böyük və Kiçik Qafqazın ayrı-ayrı rayonlarında küləyin ani maksimal sürətinin daha da güclənəcəyi ehtimal olunur.

Sentyabrin 24-ü axşamdan 26-sı gündüzə kimi şimşək çaxacağı, yağış yağacağı, bəzi rayonlarda intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda daha da güclü olacağı gözlənilir.
Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikasında və Aran rayonlarında gündüz havanın temperaturu 30-35, dağlıq rayonlarda 21-26 dərəcəyə yüksələcək, ayın 25-də temperatur 5-10 dərəcə enəcək.

İlkin proqnozlara görə, belə hava şəraitinin sentyabrın 25-də və 26-da müşahidə ediləcəyi gözlənilir.

---------
13:53

Sabah Azərbaycanda havanın temperaturu ötən günlərlə müqayisədə bir qədər yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev Trend-ə bildirib ki, sentyabrın 20-si axsamdan 22-si səhərədək ölkə ərazisində hava qeyri-sabit davam edib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensivləşib. Ən çox yağış Qəbələ rayonundakı Dəmiraparan çay məntəqəsində (51 mm) qeydə alınıb.

Yağan yağışla əlaqədar Qəbələ rayonu ərazisindən axan Dəmiraparan çaydan və Bumçaydan qısamüddətli daşqın və sel keçib. Vizual müşahidələrə əsasən, Böyük və Kiçik Qafqazın yüksək dağlıq ərazilərində qar yağıb.

Sentyabrın 23-də Bakıda və Abşeron yarımadasında gecə və səhər hava şəraitinin tutqun olacağı, bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz şimal küləyi cənub küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 17-20, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində sentyabrın 23-də gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Gündüz hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 16-21 dərəcə isti təşkil edəcək.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.