Cəmiyyət

Bakıda nəfəsləri belə kəsirlər - FOTO

21 Sentyabr 2014 15:17
4 Şərh     Baxış: 2 295
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağacların kəsilməsi hələ də davam edir

Yaşıllıqların məhv edilməsi mövzusu yenidən gündəmdədir.

Milli.Az xəbər verir ki, "qafqazinfo"ya daxil olan şikayətlərdə Bakının Xətai və respublikanın Biləsuvar rayonlarında ağacların məhv edilməsilə bağlı həyacan təbili çalınıb.

Birinci şikayətdə Xətai rayonu, Gəncə prospektindən "Əhmədli" metrosu istiqamətində olan yolda növbəti ağac kəsinti işləri aparıldığı bildirilib. Buradakı bütün ağaclar kəsilir. Səbəb kimi isə yolun sağ tərəfinin qazonlaşdırılması göstərilir. Artıq sözügedən əraziyə torpaq da gətirilib.

Digər şikayət isə Biləsuvardandır. Rayon sakini Bəhruz Əzizov "Qafqazinfo"ya göndərdiyi məktubunda öz əli ilə əkdiyi nadir ağacların kəsilərək yerində ticarət obyektinin tikildiyini deyir: "Hüquqlarım pozulub. Əkdiyim 25 illik ağaclar, həmişəyaşıllar və 60-80 sm diametrli, 17-18 m hündürlükdə 45 illik Eldar şamı ağaclarını motopila, mişar, balta ilə hamının gözü qarşısında vəhşicəsinə kəsdilər. 25 ildən artıq sərəncamla istifadəmdə olan, kəsilən ağacların yerini qarışıq dükan yeri kimi satdılar. Fəaliyyətimi tam iflic etdilər.

Bəhruz Əzizov məsələ ilə bağlı bir neçə yerə müraciət etdiyini bildirir və Bakıya yoxlamaların yalan nəticəsinin göndərildiyini iddia edir: "Bu günə qədər Ekologiya Nazirliyinə, Korrupsiya mübarizə idarəsinə, Torpaq komitəsinə teleqrammalar və məktublar göndərdim. Bir dəfə regional qəbulda Baş Prokuror cənab Zakir Qaralova bu məsələ ilə bağlı video və foto faktları şəxsən təqdim etdim. Lakin bütün şikayət ərizələrim baxılması üçün rayona göndərilir. Cavabında faktlar gizlədilir və qanunu pozan məmurlar tərəfindən Bakıya dezinformasiya göndərilir".

Sözügedən kəsinti işləri Biləsuvar rayonu, Heydər Əliyev küçəsi, ev 10, məhəllə 4-də aparılır. Şikayətçi tərəfindən çəkilən videoda kəsintini aparan fəhlələrdən bu göstərişi kimdən aldıqları haqqında dəfələrlə soruşulur. Amma onlar bu suala cavab vermir və ticarət obyektini kimin salacağı ilə bağlı məlumatsız olduqlarını deyirlər.

Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.