Cəmiyyət

Çörəyini daşdan çıxaran gənc…

19 Sentyabr 2014 18:44
5 Şərh     Baxış: 6 406
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Qazaxın Daş Salahlı kəndinin əksər sakinlərinin çörəyi, sözün yaxşı mənasında, daşdan çıxır. Belə ki, bu kənddə müxtəlif daş alətlər, məişətdə istifadə olunan su süzən daş düzəldilir. Gəlirli olduğu qədər də zəhmət tələb edən bu sənəti kənd sakinləri nəsildən nəsilə ötürüblər.

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, dağlara çıxıb, hündür qayalardan daş qoparıb, sonra ondan su daşı düzəltmək heç də asan deyil. Bununla yalnız Qazax rayonunun Daş Salahlı kəndində məşğul olurlar. 10 ildən çoxdur külüng vurub, daş yonaraq su daşı düzəldən Aslan Asumanovun 30 yaşı var, amma gənc olmasına baxmayaraq atasından öyrəndiyi bu sənəti Daş Salahlıda hələ də yaşadır.

Daşa su töküldükdə o, süzülərək həm sərin, həm də təmiz olur. Bir sözlə, əsl içməli vəziyyətə gətirilir. Lakin ondan istifadə edən şəxs mütamadi olaraq daşa qulluq göstərməli, vaxtlı vaxtında onun içərisini təmizləməlidir ki, su daşının ömrü uzun olsun.
Normal olaraq 30 litr su təxminən 24 saata süzülür. Su daşının qiyməti isə tutumundan asılı olaraq 40-180 manat arasında dəyişir. Bir sözlə, çətin əl əməyi sonda öz bəhrəsini verir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.