Cəmiyyət

Davudoğlunun Bakıda bağbanla maraqlı söhbəti - VİDEO - FOTO

19 Sentyabr 2014 17:31
2 Şərh     Baxış: 2 589
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin yeni Baş naziri Əhməd Davudoğlu Bakıda rəsmi səfərdədir

Baş nazir olaraq ilk səfərini Azərbaycana edən Əhməd Davudoğlu burada ölkə rəsmiləri ilə çoxsaylı görüşlər keçirib.

Ə.Davudoğlu daha sonra isə xanımı Sare Davudoğlu ilə birgə Şəhidlər xiyabanı və Fəxri xiyabanı ziyarət edib.

Virtualaz.org saytı xəbər verir ki, bu ziyarət zamanı maraqlı hadisə də baş verib. Baş nazir Şəhidlər xiyabanında işləyən bağbanlardan birinə yaxınlaşaraq onunla mehribancasına salamlaşıb. Baş nazir hətta bağbanla əl görüşüb, onun əlini iki əli ilə bərk-bərk sıxıb. Görüş zamanı bağbanla baş nazirin qısa söhbətinin mövzusu bilinmir. Amma onların böyük siyasətdən, tutalım, Türkiyənin İŞİD-lə bağlı strategiyasından danışmadığı dəqiqdir. Davudoğlu bağbanın uzaqbaşı hal-əhvalından xəbər tutub.

Düzdür, ilk baxışda fotoda qəribəlik yoxdur. Hər iki tərəf kənarda duranların maraq dolu nəzərləri altında, sadəcə, əl tutub salamlaşırlar. Fotonun bizim üçün maraqlı olan tərəfi Azərbaycanda baş nazir, nazir və başqa məmurların belə görüntülərini heç görməməyimiz və ya unuda biləcək qədər gec-gec görməyimizdir.

Kim bilir, bəlkə bizim məmurlar bu cür fotolarının çəkilməsini istəmir?! Səbəb isə qarşısındakı sadə insanlarla görüşmək istəməmələri yox, bu cür fotoların cəmiyyətdə qeyri-səmimilik kimi qəbul ediləcəyindən ehtiyat etməkdir. Elə Davudoğlunun da bu səmimi jestini qeyri-səmimilik kimi dəyərləndirənlər ola bilər...

Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.



Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.