Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Milli Məclisdə vətəndaş nikahının qanuniləşdirilməsi və onunla bağlı Ailə Məcəlləsinə xüsusi bəndlərin daxil edilməsi barədə qaldırılan təklifə münasibətini açıqlayıb.
Komitənin Hüquq şöbəsinin müdiri Taliyə İbrahimova Trend-ə bildirib ki, hüquqi statusa malik olması üçün vətəndaş nikahı dövlət qeydiyyatından keçməlidir.
Onun sözlərinə görə, bu gün, həqiqətən də, Azərbaycanda vətəndaş nikahında olan qadınlar və onların övladları ilə bağlı problemlər çoxdur. Komitəyə də bu məsələ ilə bağlı kifayət qədər müraciətlər daxil olur. Müraciətlər, əsasən, faktiki ailə quran insanın müəyyən müddətdən sonra qadını tərk etməsi, getdiyi yeri bildirməməsi, kişilərin dünyaya gələn uşaqlara öz soyadlarını verməməsi, özlərinin ata kimi tanınmaq istəməməsi ilə bağlı olur.
Bunları ciddi problem sayan T.İbrahimova bildirib ki, atalığıın müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək mümkündür. Əgər atalıq sübuta yetirilirsə, qeyri-rəsmi nikahdan doğulan uşağın da hüququ rəsmi nikahdan doğulan uşaqla eyni olur. Həmin uşaq atasından aliment almaq hüququ qazanır, atasının varisi sayılır: "Qanunvericliyə görə, nikahdan kənar doğulan uşaqla nikahda doğulan uşaqların hüquqları, statusları eynidir. Azərbaycan bu barədə BMT-nin Konvensiyasına da qoşulub. Sadəcə olaraq, reallıqda problem odur ki, qadının üzərinə atalığın tanınması ilə bağlı məhkəməyə müraciət etməsi baxımından əlavə yük düşür".
Onun sözlərinə görə, vətəndaş nikahında yaşayıb-yaşamaması və bu nikahdan uşaq dünyaya gətirməsi barədə qərar vermək artıq qadının seçimidir. Qadın da bu məsələnin məsuliyyətini dərk etməlidir.
Komitə səlahiyyətlisi bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, ailə qurmaq, yəni nikaha daxil olmaq könüllülük prinsipinə əsaslanır: "Biz vətəndaş nikahında olan şəxslərə məcburi qaydada "nikaha daxil olun" deyə bilmərik. Hər iki tərəf yetkinlik yaşına çatmış şəxs olur və münasibətlərin rəsmiləşdirilib-rəsmiləşdirilməməsi onların iradəsindən asılıdır".
T.İbrahimova hesab edir ki, bu baxımdan vətəndaş nikahında olan şəxsin rəsmi nikaha daxil olmağa məcbur edilməsindən söhbət gedə bilməz. Çünki bu, birbaşa insan hüquqlarının pozulması deməkdir.
Komitə rəsmisinin fikrincə, bəzi hallarda atalıq hüququnun tanınması ilə bağlı qadınların məhkəməyə müraciət etməsi də onlar üçün problemlər yaradır. Çünki əksər hallarda vətəndaş nikahında yaşayan xanımlar imkansız olduğundan məhkəməyə müraciət edə bilmirlər.
Bunu nəzərə alan T.İbrahimova təklif edir ki, həmin qadınların məhkəməyə müraciət edə bilməsi üçün dövlət tərəfindən onlara hansısa bir ödənişsiz hüquqi yardım göstərilməlidir: "Həmin yardım olsun ki, xanım da məhkəməyə müraciət edə bilsin. Çünki onun heç bir vəsaiti olmur, o özü pullu əsaslarla pullu hüquqi yardım xidmətindən istifadə edə bilmir və bu da çətinliklər yaradır".
Qeyd edək ki, Milli Məclisin deputatı Fəzail Ağamalı vətəndaşların getdikcə vətəndaş nikahına üstünlük verməsini əsas gətirərək vətəndaş nikahının qanuniləşdirilməsi ilə bağlı Ailə Məcəlləsinə əlavələr edilməsini təklif edib. O hesab edir ki, hüquqşünaslar, sosioloqlar, psixoloqlar, müvafiq dövlət qurumları məsələni müzakirə etməli və bu müzakirələr nəticəsində qanunvericilikdə ciddi əlavələr öz əksini tapmalıdır.
Milli.Az
Cəmiyyət
Dövlət Komitəsindən vətəndaş nikahının qanuniləşdirilməsinə REAKSİYA
19 Sentyabr 2014 17:30
0 Şərh
Baxış: 479
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib - VİDEO - FOTO
- İmran Əliyev həbs edildi
- Küçələrdə yaşayan vəzifəli şəxs: "O səhv həyatımı" - VİDEO
- Hamamda meyiti tapılan qız və oğlana yazılanlara REAKSİYA VERDİ - VİDEO
- İki nəfəri öldürən ata və oğuldan xəbər var
XƏBƏR LENTİ
- Dörd kəndin qaytarılması xəbəri Qazaxda sevinclə qarşılandı - FOTO
- Sarımsaq-limon qarışımı ilə 21 gündə xəstəliklərdən xilas olun
- Hikmət Hacıyev COP29-dan danışdı: "Cəsarətimizin təcəssümüdür" - FOTOlar
- Pişiyin yaşadığı evdə bu 3 şeyi etməyin: Peşman olacaqsınız
- Bu bürcün qızları pis sevgili olur – Astroloqların İDDİASI
- Azərbaycanda stadionda qorxulu anlar yaşandı - VİDEO
- 50 yaşlı Bekhem açıq-saçıq geyimdə poza verdi
- Rusiya ilə münasibətlərdə problem var
- Günün qoroskopu: Şərait sizi nəzərdə tutulmamış xərclərə vadar edə bilər.
- Bakıya qarşı provokativ suala İran səfirinin cavabı
- Ərdoğan təsdiqlədi: Ərbilə səfər edəcək
- Rusiya müharibəyə bu gün son qoya bilər - G7
- Sloveniyadan vətəndaşlarına İranla bağlı xəbərdarlıq...
- Könül Həsənova icra başçısının müavini təyin olundu
- "Hudutsuz sevda"ya vida etdi - FOTO
- Netanyahu alman nazirə acıqlandı - “Biz nasistlərə bənzəmirik”
- ÇL-də həftənin ən yaxşısı açıqlandı
- Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
- Dərbənddə naməlum şəxs kafedə insanlara atəş açdı
- Ermənistanın ərazisi İranın daha “qırmızı xətti” deyil? – Səfir
- Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov
- Venesiya Biennalesində Azərbaycan pavilyonu açıldı
- Zaminin məsuliyyətinə dair yeni hal müəyyənləşir
- Erməni tağım komandirinin müavini öldü