Cəmiyyət

Təhsil Nazirliyinin idarəsinin büdcə vəsaiti hesabına saxlanılması xərcləri müəyyən edilib

19 Sentyabr 2014 16:28
0 Şərh     Baxış: 896
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycan Nazirlər Kabineti tərəfindən Təhsil Nazirliyinin təsərrüfathesabı Əsaslı Tikinti və Təchizat İdarəsinin büdcə vəsaiti hesabına saxlanılması xərcləri müəyyən edilib.

Kabinetdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişiklik edilməsi haqqında" 2014-cü il 29 yanvar tarixli qərara dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Əsaslı Tikinti və Təchizat İdarəsinin büdcə vəsaiti hesabına saxlanılması xərcləri təhsil obyektlərinin təmiri, bərpası, gücləndirilməsi və yeni təhsil obyektlərinin tikintisi ilə bağlı xərclər üzrə daxilolmaların 1,0 faizi, mərkəzləşdirilmiş qaydada mal və materialların alınması, xidmətlərin göstərilməsi üçün büdcə hesabına daxilolmaların 0,25 faizi həddində müəyyən edilib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.