Cəmiyyət

Bu günün hava proqnozu

20 Sentyabr 2014 00:05
1 Şərh     Baxış: 2 737
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi 8-13 m/s olacaq, gecəyə doğru şimal-qərb küləyi 10-15 m/s, arabir 18-20 m/s təşkil edəcək.

Temperaturun gecə 17-21° isti, gündüz 24-27° isti, Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi-763 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.

Temperatur gecə 14-19° isti, gündüz 27-32° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.

Temperatur gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Temperatur gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında axşama doğru bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20° isti, gündüz 24-29° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Şərq küləyi 5-10 m/s olacaq, bəzi dağlıq ərazilərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-21° isti, gündüz 23-28° isti, dağlarda gecə 10-15° isti, gündüz 15-19° isti olacaq.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.