Cəmiyyət

Biabırçılıq! Bakının məşhur marketində satılmış uşaq qidasından görün nə çıxdı - FOTO

19 Sentyabr 2014 15:06
7 Şərh     Baxış: 5 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakıda məşhur marketdə satılan qidadan qurd çıxıb. Jurnalist Nicat İntiqam Facebook profilində yazıb ki, uşaqları üçün aldığı yarmadan (mannı) qurd çıxıb:

"Şokdayam. Uzun illərdir sosial sahədən yazan jurnalist kimi keyfiyyətsiz qidalar mövzusunda məqalələr yazıram. Amma bu dəfə gördüklərimdən, doğrudan da, dəhşətə gəldim. "Favorit" marketdən uşaqlar üçün yarma ("mannı") almışıq. İçindən qurd və həşəratlar çıxıb. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət etdim, aktlaşdırıb götürdülər".

Gülər
Milli.Az


Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.