Cəmiyyət

Ruhani gördükdə deyəcəklər ki, bunlar idmanla düşməndilər

19 Sentyabr 2014 20:56
0 Şərh     Baxış: 1 014
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az ahlibeyt.az-a istinadən bildirir ki, Hüccətül-İslam Möhsün Qiraəti şirin bir xatirə rəvayət edərək buyurur ki, inqilabdan öncə Kerman şəhərinə din təbliğ etməyə getmişdim. Günlərin birində bir məktəbə din barədə söhbət etməyə dəvət edilmişdim. Təyin olunan zaman məktəbə gəldim. Uşaqlar həyətdə idman edirdilər. Məktəb direktoru məktəb zəngini çalaraq uşaqları cəm edərək elan etdi ki, uşaqlar, idman vaxtı bitdi. Sonra üzünü mənə tərəf tutaraq uşaqların hazır olduqlarını bildirdi ki, söhbət etməyə başlayım.

Söz ki, mənə verildi, dedim: "Bismillahir-rəhmanir-rəhim. İslam dini idman etməyi çox bəyənir. Bu da mənim demək istədiklərim. Vəssalam. Gedin idman etməklə məşğul olun".

Uşaqlar dağılışandan sonra məktəb direktoru mənə dedi: "Cənab Qiraəti, məni pis vəziyyətdə qoydunuz". Cavabında dedim: "Əslində siz istəyirdiniz məni pis vəziyyətə salasınız. Uşaqları idman etməkdən ayıraraq söhbətlərimə qulaq asmaqla, siz Qiyamət gününədək bu uşaqlarda ruhanilərə qarşı nifrət oyadacaqdınız. Əgər uzun-uzadı din barədə danışmış olsa idim, hər vaxt ruhani gördükdə deyəcəklər ki, bunlar idmanla düşməndilər".

Elə bu barədə danışırdıq ki, uçaqlar mənə yaxınlaşaraq soruşdular: "Siz axşamlar hansı məsciddə olursunuz?" Məscidin ünvanını verdim. Axşam məsciddə minbərə çıxdıqda həmin uşaqların məsciddə hazır olduqlarını gördüm.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.