Cəmiyyət

Ümmət Peyğəmbərin(s) vəsiyyətini unutdu

20 Sentyabr 2014 23:48
12 Şərh     Baxış: 2 191
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Peyğəmbərin(s) vəfatından sonra bir iddə səhabə Allahın təyin etdiyi İmama qarşı çıxıb xilafəti qəsb etdilər. Müsəlmanların əksəriyyəti isə, Peyğəmbərin(s) əmanətini qorumağa heç etiraz da etmədilər.

Milli.Az ahlibeyt.az-a istinadən bildirir ki, müsəlmanların bu süstlüyü Həzrət Fatimənin(s.ə) qanının tökülməsinə səbəb oldu. Müsəlmanların bu süstlüyü Əhli-Beytə(s) və hətta Peyğəmbərin(s) özünə iftira yaxan hədislərin peyda olmasına səbəb oldu. Nəhayət, haqqın düşmənləri Quranı belə məna baxımından təhrif etməyə çalışdılar. Peyğəmbərin(s) qorxduğu da elə bu idi. İş o yerə çatdı ki, xəlifələr Peyğəmbərin(s) ismətini şübhə altına qoydular. Həzrətə(s) yaraşmayan hədisləri insanların dilinə saldılar. Əliyə, Fatiməyə, Həsənə və Hüseynə(ə) minbərlərdən lənət oxutdurdular. Görkəmli Əhli-Sünnət alimi Ibn Həcər "Lisanul Mizan" da deyir: "Bəzi alimlərimiz Əhli-Beyt(ə) tərəfdarlarını sıxışdırmaq üçün o qədər ifrata varıblar ki, hətta Həzrət Əlinin(ə) fəzilətlərini zay ediblər." Qədir-Xum kimi hadisəni belə yaddaşlardan silmək istədilər, müsəlmanların gözü ilə gürdüyünü onların özlərinə inkar etdirdilər. Vahhabi alimi Albani "Sisilətus Səhihil Əhadus" (Səhih hədislərin silsiləsi) kitabında Qədir-Xum hədisinin mənbə və məntiqinin həqiqi düzgün olmasını sübut edib və bu hədisə etiraz edənlər hədisi araşdırmadıqlarını bəyan edib.

Tarixdə yazırlar ki, kimsə Həzrət Əlidən(ə) bir rəvayət və hədis nəql etmək istəyirdisə qapını kilidləyib müxatibini and-aman etdikdən sonra Əlidən(ə) danışırdı. Kimsə öz övladına Əhli-Beytin(ə) adını qoyurdusa zindana atılırdı. Peyğəmbər(s) nəslindən olan seyyidlər, imamzadələr və onların dostları sürgün olunur, təqib edilir, qətlə yetirilirdilər. Ümmətin Peyğəmbərin(s) əmanətinə xəyanəti Fatimə, Əli, Həsən və Hüseyn(ə) kimi ən üstün insanların qanının tökülməsi ilə nəticələndi. Daha sonra 8 İmam(ə) olmazın zülmlərlə üzləşdikdən sonra şəhid edildi. Sonda əmanətə sahib çıxa bilməyən ümmət öz imamı ilə ünsiyyətdən məhrum oldu və 12-ci imam Həzrət İmam Sahibəzzaman(ə.f) qeybə çəkildi. Lakin qeybət dövründə də Əhli-Beytə(ə) bağlı olan insanları sakit qoymurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.