Cəmiyyət

Həcc savabına bərabər namaz

19 Sentyabr 2014 18:58
0 Şərh     Baxış: 1 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Həcc əməlinin başlanmasına bir neçə gün qalıb. Hər il olduğu kimi bu il də bir çox müsəlmanlar Allah evinin və Hz.Rəsuli-Əkrəmin(s) ziyarət edilməsinə nail ola bilmədilər. Amma təəssüflənməyə dəyməz. Hz.İmam Sadiq(ə) biz müsəlmanlara bir namaz öyrədib ki, həmin namazı qılan şəxs Həcci yerinə yetirən şəxsin savabına nail olur.

Milli.Az ahlibeyt.az-a istinadən bildirir ki, Hz.İmam Sadiq(ə) buyurmuşdur: "Atam Məhəmməd Baqir(ə) mənə buyurdu: "Oğlum Zilhiccə ayının ilk on günlüyündə şam və xiftən namazları arasında olan namazı heç vaxt tərk etmə. Həmin namaz iki rikətdən ibarətdir; hər rikətdə Fatihə surəsindən sonra Əraf surəsinin 142-ci ayəsini oxu. Əgər həmin namazı qılarsansa, baxmayaraq ki, Həccə getməmisən amma Həcc əməli yerinə yetirmiş şəxsin savabına nail olarsan".
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.