Cəmiyyət

Qəbələ RLS mina və partlamamış hərbi sursatlardan təmizləndi

19 Sentyabr 2014 13:12
0 Şərh     Baxış: 843
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməliyyatlar zamanı stansiyanın ərazisindən 36 ədəd tank əleyhinə, 16 ədəd piyada əleyhinə mina və 1 ədəd partlamamış hərbi sursat tapılıb

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Qəbələ radiolokasiya stansiyası (RLS) ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işlərini başa çatdırıb.

Bu barədə APA-ya açıqlamasında ANAMA-nın baş əməliyyat meneceri Samir Poladov məlumat verib.

S.Poladovun sözlərinə görə, işlər avqust ayında tam yekunlaşıb. ANAMA tərəfindən stansiyanın əhatə etdiyi 230 hektar ərazi yoxlanılıb.

Əməliyyatlar zamanı stansiyanın ərazisindən 36 ədəd tank əleyhinə, 16 ədəd piyada əleyhinə mina və 1 ədəd partlamamış hərbi sursat tapılıb.

Qeyd edək ki, 1984-cü ildə SSRİ-nin raket əleyhinə müdafiə sistemi kimi inşa edilmiş Qəbələ RLS 1985-ci ildə istifadəyə verilib, Azərbaycan müstəqilliyini elan etdikdən sonra Rusiyanın istifadəsində olub.

"Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyası hökuməti arasında Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqqında Saziş" 2002-ci ildə imzalanıb.

Rusiya 2012-ci il dekabrın 10-dan stansiyanın istismarını dayandırıb, 2013-cü ilin yay aylarında isə stansiya tam olaraq Azərbaycan hökumətinə təhvil verilib.

Qəbələ RLS Hind okeanı regionunda - 6 min km radiusda ballistik raketlərin buraxılışını izləməyə imkan verib.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.