Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, Milli preventiv qrupun (MPQ) üzvləri (MPQ) Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq (İT) təcridxanasında araşdırma aparıblar.
Araşdırmada məqsəd bəzi vətəndaş cəmiyyəti nümayəndələrinin Leyla Yunusovanın təcridxanada saxlanma şəraiti və rəftar ilə bağlı Müvəkkilin ünvanına daxil olan məlumatların araşdırılması olub.
Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, L.Yunusovanın saxlandığı kameraya baxış keçirilib, onunla bir yerdə saxlanılan digər 5 qadınla təklikdə görüşülüb.
Baxış zamanı kameranın şəraitinin standartlara uyğun olduğu, sanitar qovşaq istisna olmaqla, adambaşına 4,3 kvadratmetr sahə düşdüyü, sanitariya qaydalarına riayət edildiyi, kameraya aid gəzinti yerinin (üstü açıq) səhər saat 10:00-dan axşam saat 17:00-dək açıq olduğu, digər vaxtlarda isə pəncərəni açmaqla otağın havasının dəyişdirildiyi müəyyən edilib.
Adlarının mətbuatda çəkilməsini istəməyən həmin təqsirləndirilən şəxslər saxlanma şəraiti və rəftardan şikayət etməyiblər.
Təqsirləndirilən şəxslərdən N.H. bəzi kütləvi informasiya vasitələrində onun adının çəkilməsi və cəmiyyətə mənfi xarakterli insan kimi təqdim edilməsinə etiraz edərək, bunun yolverilməz olduğunu bildirib, ümumiyyətlə, siqaret çəkmədiyini söyləyib.
L.Yunusova və kamerada olan 3 nəfər digər 2 şəxsin siqaret çəkməsinin onlara narahatlıq yaratmadığını bildiriblər.
Həmin şəxslər L.Yunusova ilə N.H. arasında narazılığın olduğunu bildirsələr də, onlardan birinin digərinə xəsarət yetirməsinin şahidi olmadıqlarını söyləyiblər.
Leyla Yunusovanın əvvəllər məhkum olunmuş qadınla bir yerdə saxlanılması ilə bağlı qaldırdığı məsələ yerində araşdırılan zaman məlum olub ki, İstintaq təcridxanasının bir korpusunda aparılan təmir işləri ilə bağlı müvəqqəti sıxlıq yarandığından yerdəyişmə məsələlərində çətinlik yaranıb.
Araşdırmanın nəticələri ilə bağlı Ədliyyə Nazirliyinə müraciət ediləcəkdir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
- “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq elmi konfrans keçirilib - FOTO
- Qardaşının ölümü ilə barışmayan qadın onun məzarı başında özünü bıçaqladı
- Canlı yayımda ekspertlər QIRĞINA ÇIXDI - VİDEO
- Bakıda növbəti ümumşəhər iməcliyi keçirildi - FOTO
- “Abzas Media” və “Toplum TV” işində yeni faktlar - FOTO
- ANS-in keçmiş aparıcısı baş redaktor təyin edildi
XƏBƏR LENTİ
- Türkiyə ordusu Suriya və İraqda terrorçuları məhv etdi
- Bakıda oteldə yanğın başlayıb
- 5 ədəd qoz yeyib 4 saat gözləyin ... - FOTO
- Paris Hilton ilk dəfə qızını göstərdi - FOTOlar
- Əsl anasını 25 il sonra efirdə tapdı - izləyicilər ŞOKDA
- Tavuş sakinlərinin bağladıqları Ermənistan-Gürcüstan yolu açılıb
- 2 ildir COVID-dən əziyyət çəkirdi, öldü
- Bakıda taxta bazarı yanır, əraziyə 15-ə yaxın texnika gətirilib - YENİLƏNİB
- Zülfiyyə Bayramova xəstəxanadan görüntüsünü paylaşdı - FOTO
- Bu bürclər üçün ilin ən xoşbəxt dövrü başlayır
- Bəxtiyar Musayev: “Rəşad Sadıqov işində müəyyən düzəlişlər etsə...”
- ARDNF “SimCorp” Suveren Sərvət Fondu Forumunda iştirak edib - FOTO
- 13 yaşlı oğlan Ceyranbatan su kanalında batdı
- "Aşıq Mübariz olsam, özümü öldürərdim" - VİDEO
- Bakıda məktəbli oğlana əxlaqsızlıq edən iş adamı həbs edildi
- “Qafqaz Albaniyası: Etnoarxeologiya, yazılı mənbələr və tarixi abidələr” mövzusunda XI beynəlxalq elmi konfrans keçirilib - FOTO
- Bədəndəki göyərmələr bu xəstəliyin əlamətləri imiş...
- “Cavanşir Məmmədov mənim ağsaqqalım idi”
- “Real”dan gedir
- Xoşqədəm Cavanşir Məmmədov DANIŞDI: “Çox stress keçirirdi, qızının keçmiş həyat yoldaşını...”
- Qardaşının ölümü ilə barışmayan qadın onun məzarı başında özünü bıçaqladı
- Niyə yazda günəş eynəyi taxılmalıdır? - MARAQLI FAKT
- Azərbaycan çempionatında bürünc medalçı bəlli oldu
- Ermənistanın dörd kəndi qaytarması Azərbaycanın diplomatik qələbəsi oldu - Pakistanlı ekspert