Cəmiyyət

Bakıda pulsuz çörək paylanır - VİDEO

19 Sentyabr 2014 13:20
2 Şərh     Baxış: 2 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Market gün ərzində imkansızlara 100-ə yaxın çörək verir

Bakıda imkansızlar üçün pulsuz çörək paylanılır. "Pulsuz çörək verilir" yazısı olan elan paytaxtın böyük marketlərindən birinin vitrininə yapışdırılıb.

Mağazanın administratoru ANS-ə açıqlamasında bu aksiyanın uzun müddətdir davam etdiyini deyib. Lakin bəzi şəxslər aksiyadan sui-istifadə edirlər. Belə ki, iki çörək götürməli olduqları halda bəzən daha çox çörək götürürlər.

"Biz tez-tez pulsuz çörək paylayırıq. Demək olar ki, gün ərzində yüzə yaxın çörək verilir. Artıq 3 ildi ki, bu aksiya yerinə yetirilir".

Qeyd edək ki, oxşar təşəbbüslə çıxış edən insanlar ölkəmizin müxtəlif yerlərində də var.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.