Cəmiyyət

Bakının bu küçəsində su yoxa çıxıb?

19 Sentyabr 2014 12:40
0 Şərh     Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakının Mirəli Seyidov küçəsindəki binaların sakinlərinin dediklərinə görə, içməli su təminatı ilə bağlı ciddi problemlərlə qarşılaşıblar.
 

Milli.Az Day.Az-a istinadən bildirir ki, Zaur Nəcəfbəyov adlı sakin redaksiyaya ünvanladığı məktubda yazıb: "Artıq bir aydır ki, Mirəli Seyidov küçəsi, 18 ünvanda su yoxdur. Hər gün "Azərsu" ASC-yə zəng vursaq da, bizə bununla bağlı kimsə bir şey bildiyini demir. Deyirlər ki, yol tikilir və s. Bir sözlə, müxtəlif bəhanələr gətirirlər".
 

"Azərsu"nun Yasamal Su-Kanal İdarəsinin baş mühəndisi Rövşən Əliyevin dediyinə görə, M.Seyidov, 18 ünvanda bir aydan bəri suyun olmaması barədə deyilənlər əsassızdır.
 

"Bu ünvanda içməli su hər gün səhər 6-dan 9-dək və axşam 18-dən 21-dək verilir. Suyun təzyiqi normaldır. Nasos stansiyasının işində də heç bir problem yoxdur. Bundan başqa, yaxın gələcəkdə suyun verilmə qrafiki də ləğv olunacaq. Su təminatı sisteminin yenilənməsi çərçivəsində M.Seyidov küçəsində su borularının dəyişdirilməsi nəzərdə tutulub. Həmin işlər başa çatandan sonra küçədəki bütün binalarda su sutkaboyu, failəsiz veriləcək, bütün nasos stansiyaları ləğv ediləcək", - R.Əliyev dedi.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.