Cəmiyyət

"Şərurlu İsfəndiyar": "Vertolyotum da var – sonra?!"

19 Sentyabr 2014 11:10
4 Şərh     Baxış: 9 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Şərurlu İsfəndiyar" oğlunun 650 minlik maşına sahib olması haqda "Yeni Müsavat"a açıqlama verdi

Oğlu 650 min manatlıq "Lamborghini"yə sahib olan tikinti maqnatı "Şərurlu İsfəndiyar" kimi tanınan İsfəndiyar Axundov "Yeni Müsavat"a vertolyota sahib olmasından danışıb.

İ.Axundov oğlunun bahalı maşına sahib olması ilə bağlı suala belə cavab verib: "Mənim vertolyotum da var.

Bunun kimə nə aidiyyəti var? Həmin maşın oğlumundur. Mənim oğlum neyləyib? Şəhərdə vertolyot sürməyib ki? Maşın sürüb də. Başqa nə iş görüb?"

Maraqlıdır ki, bundan əvvəl bizimyol-a verdiyi açıqlamada İ.Axundov oğlunun bahalı maşına sahib olmasını ciddi-cəhdlə təkzib etmişdi.

Sitat: "Mənim oğlumun elə maşını yoxdur, bu barədə sizdən eşidirəm".

İsfəndiyar Axundov bildirmişdi ki, internet saytlarında 650 min dollarlıq "Lamborghini" avtomobilinin onun oğluna məxsus olması barədə yazılanlar həqiqətə uyğun deyil.

Ancaq maraqlıdır ki, Allahverdi Axundov İnstagram səhifəsində həmin maşının fotosunu paylaşaraq, "My new car, lambo#aventador" haştagından istifadə edib.

Qeyd edək ki, məsələ ilə bağlı yayılan məlumatlarda bildirilirdi ki, Dövlət İqtisad Universitetinin yaxınlığında görünən bir avtomobil ərazidə olan şəxslərin diqqətini cəlb edib. Yaxınlıqda olan şəxslər bu maşının universitet tələbələrindən birinə aid olduğunu bildiriblər. "Lamborghini Gallardo" markalı bu avtomobilin qiymətinin 650 min ABŞ dolları olduğu bildirilirdi.

Qeyd olunurdu ki, həmin avtomobil iş adamı İsfəndiyar Axundovun oğlu Allahverdi Axundova məxsusdur.

2 gün əvvəl isə baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovun deputat oğlu Aydın Abbasov özünün motosiklet sürməsinə münasibət bildirərkən "Azərbaycanda elə yüksək vəzifəli şəxslər vardır ki, təyyarə də sürürlər" demişdi. A.Abbasov fikrini konkretləşdirməsə də, bəlli olur ki, İsfəndiyar Axundov kimi vəzifə daşıyıcısı olmayan şəxslər də vertolyota sahibdirlər.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.