Cəmiyyət

Azərbaycanda 8 qardaşdan ibarət "ailə" ansamblı

18 Sentyabr 2014 18:36
0 Şərh     Baxış: 1 341
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ansamblın digər özəlliyi isə bir nəfərin bir neçə musiqi alətində ifa etmək bacarığıdır

Şabranda və ətraf rayonlarda onları "Qardaşlar" ansamblı kimi də tanıyırlar. Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, bu musiqi qrupunun fərqi onun tərkibində olan 8 nəfərin həyatda da qardaş olmasıdır.

"Ailə" ansamblının əsası 1970-ci ildə ustad Ağasızadə tərəfindən qoyulub. Dövrünün məşhur zurna ifaçılarından sayılan Ustad Ağasızadənin yolunu indi 8 oğlu davam etdirir. Hazırda ansamblın tərkibində qardaşların övladları ilə yanaşı nəvələri də çıxış edir.
 

Ansamblın digər özəlliyi isə bir nəfərin bir neçə musiqi alətində ifa etmək bacarığıdır. Musiqi qrupunun bədii rəhbəri Rasim Ağasızadə bildirir ki, bu məqam insanlar tərəfindən də maraqla qarşılanır.

"Ailə" ansamblı ölkə miqyaslı bir sıra tədbirlərdə, bayram şənliklərində də iştirak edib. Musiqi qrupunun ən böyük arzusu isə Azərbaycanda və ölkədən kənarda konsert proqramları ilə çıxış etməkdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.