Cəmiyyət

Vətəndaşların xarici ölkələrdə işə düzəlmələrində fiziki şəxslərin vasitəçiliyi qadağan edilir

18 Sentyabr 2014 18:21
0 Şərh     Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələri qaydalarında dəyişiklik edilir

APA-nın məlumatına görə, bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclasında "Məşğulluq haqqında" qanuna əlavə və dəyişiklik müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, 14-cü maddədə "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində vasitəçilik fəaliyyəti ilə qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanından xüsusi razılıq alan hüquqi və fiziki şəxslər məşğul ola bilərlər" mətnindən "və fiziki" sözləri çıxarılır. Maddənin özü isə bundan sonra 14.1 hesab edilir.

Bunan başqa maddəyə 14.2-ci hissə əlavə edilir və orada göstərilir: "Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində fiziki şəxslərin vasitəçilik fəaliyyəti qadağandır".

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.