Cəmiyyət

Bakıda şagirdlərin dərs vaxtı təhlükəli oyunu - FOTO

19 Sentyabr 2014 01:30
6 Şərh     Baxış: 2 850
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda məktəblərin birində özbaşınalıq valideynlərin etirazına səbəb olub

Milli.Az xəbər verir ki, Bakının Xətai rayonunda yerləşən 55 nömrəli məktəbdə diqqətsizlik məktəblilərin özbaşnalığına səbəb olub.

Dərs anı çəkilən fotonu göndərən valideyn bildirir ki, şagirdlər məktəbin pəncərəsində bir sinifdən digərinə baxaraq təhlükəli şəraitdə oynayırlar: "Müəllimələr və məktəbin işçiləri hara baxır?"

Məsələ ilə bağlı Bakı şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri ilə əlaqə saxladıq. Arzu Tahirquliyeva fotonu görmədən heç bir rəy bildirə bilməyəcəyini dedi.

"Həmin fotonu mənə göndərin, onlarla tanış olum. Məsələ araşdırılacaq. Əgər, həqiqətən də, 55 saylı məktəbdə bu cür özbaşınalıq varsa, bir ölçü götürüləcək".

Ceyhun Ələkbərov
Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.