Azərbaycanda payız aylarında düşən yağıntıların miqdarı çox olarsa və ya çoxillik normaya uyğun gələrsə, quraqlığın yaratdığı bəzi fəsadlar aradan qalxa bilər.
Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, kənd təsərrüfatı elmləri namizədi Ənvər Əliyev Trend-ə bildirib ki, payız aylarında ölkə ərazisinə düşən yağıntıların quraqlıq dövrünün fəsadlarını aradan qaldıra bilib-bilməyəcəyi, ilk növbədə, düşən yağıntının miqdarından asılı olacaq.
Quraqlıq nəticəsində torpağın həddindən artıq çox quruduğunu və torpaqda çoxlu çatların əmələ gəldiyini deyən alimin sözlərinə görə, torpağın əvvəlki rütubətlilik səviyyəsinə çatması üçün düşən yağıntıların miqdarı çox olmalıdır: "Torpaq əvvəlcə sudan doymalıdır, sonra onun səthlərindən su axıb getməlidir. Hələ bilmək olmaz ki, yağıntılar bundan sonra azalacaq, yoxsa çoxalacaq. Amma yüzillik, onillik müşahidələr göstərir ki, quraqlıq illərində çoxillik norma az fərqlənir".
Ə.Əliyev deyib ki, gələn ilin yanvarına qədər ölkə ərazisinə düşən yağıntıların miqdarı çox olarsa, onda yağıntının ümumi miqdarı əvvəlki illərin normasına yaxınlaşar. Bu halda torpağın nəmliyi də bərpa oluna bilər. Yarıqurumuş vəziyyətdə olan ağaclar isə tədricən öz əvvəlki vəziyyətlərinə qayıda bilərlər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva Trend-ə bildirib ki, çoxillik meteoroloji müşahidələrə görə, payızda yağıntıların miqdarı artır: "Buna görə builki payızda da yağıntıların normadan az olacağını güman etmirəm".
Artıq son iki sutka ərzində bəzi ərazilərə düşən yağıntıların çoxaldığını deyən U.Tağıyeva bildirib ki, sentyabrın 17-də gecə qərb bölgəsinə düşən yağıntının miqdarı aylıq normanın 87 faizini, sentyabrın 18-də gecə Nabranda 9 saat ərzində düşən yağıntının miqdarı isə aylıq normanın 116 faizini təşkil edib: "Hələ payızın ilk ayıdır və yağıntılar qeydə alınıb. Oktyabr, noyabr aylarında da bu cür intensiv proseslər müşahidə olunacaq. Buna görə də quraqlıq ilinin davam edəcəyi fikri ilə razılaşa bilmərəm".
Qeyd edək ki, bu il Azərbaycanda quraqlıq müşahidə edilib. Bunun nəticəsində bəzi çayların suyu quruyub, bəzi çayların sululuğu azalıb, bəzi ərazilərdə isə ağaclar quruyub.
Milli.Az
Cəmiyyət
Azərbaycanda payız yağışları quraqlığın fəsadlarını aradan qaldıra biləcəkmi?
18 Sentyabr 2014 16:56
0 Şərh
Baxış: 3 959
DİGƏR XƏBƏRLƏR
- Tanınmış psixoloq yeni işə başladı - VİDEO
- Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
- Yunus Oğuzun “Cığır”ının əsas məziyyətləri
- Yunus Oğuz bu əsəri ilə Şuşa qürurunu yenidən yaşadır - Etibar Babayev
- Bakının mərkəzində müəmmalı obyekt: Saatlar içində yox oldu - FOTO
- İtkin düşən qızın meyiti tapıldı - Cinayəti törədənin kimliyi dəhşətə gətirir - FOTO
XƏBƏR LENTİ
- Reuters: ABŞ Ukraynaya ATACMS raketlərini gizlin çatdırıb
- Evinizdə pişik yaşayır? Təcili bütün daxili qapıları açın - SƏBƏBİ
- Ukraynada baş verənlərə görə məsuliyyət onlarındır
- Daha bir idmançımız Avropa çempionu oldu
- Moldova XİN-in binasında axtarış aparıldı
- Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə
- Ronaldonun sonuncu olduğu, Messinin yer almadığı SİYAHI
- Əli Əsədov qərar imzaladı
- Vasitəçisiz danışıqlar: Sülh müqaviləsinə kimlər mane olur? - VİDEOMÜSAHİBƏ
- Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir
- Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın
- Paşinyan qondarma “erməni soyqırımı”nı tanımadı
- Rusiya və Ukrayna arasında razılaşma əldə edildi
- Jurnalistin Mbappe ilə bağlı sualına güldü: “Lənət olsun, rekord qırdın”
- BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…
- AB İvanişvilini cəzalandırmaq istəyir
- Kirkorov buna görə ad günü etməyəcək
- Əli Əsədov oğurlanmış vəsaitlərlə bağlı qərar imzaladı
- Azərbaycanda kommersiya mübahisələrində ilkin mediasiyaya görə xərclər ləğv edilir
- "Daha bir əfsanəni itirdik" - Elektrikli "Gelandewagen" satışa çıxarıldı - VİDEO
- Rəşad Sadıqov: “Bir hədəf var”
- İraq Prezidenti COP29-a dəvət olundu
- 24 aprelin xoşbəxt bürcü: Ulduzlar inanılmaz uğur vəd edir
- Azərbaycanda maşın "Oba" marketə girdi - ANBAAN VİDEO