Cəmiyyət

Özünü körpüdən atmaq istəyən şəxsə qarşı İTTİHAM - FOTO

18 Sentyabr 2014 14:44
1 Şərh     Baxış: 1 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda bir müddət əvvəl özünü "Koroğlu" metrosunun yaxınlığındakı asma körpüdən atmaq istəyən Fəqan Nəsibov haqqında yeni məqamlar ortaya çıxıb

"Qafqazinfo"ya daxil olan məlumata görə, adıçəkilən şəxs dələduzluqda ittiham olunur. O, bibisoğlu Tağıyev Namiqin külli miqdarda pulunu mənimsəyib. Bu barədə N.Tağıyevin vəkili İlham Mehrəliyev açıqlama verib.

Vəkil bildirib ki, Fəqan öz bibisioğlundan ona ev almaq məqsədilə 30.000 manat pul alıb. Bunu da "Kamran MMC"-nin adından edib. Belə ki, bir neçə müddətdir ki, şirkətin adına olan saxta sənədlərdən 50-yə yaxın adam zərərçəkib. Camaatı aldadanlar MMC-nin vasitəçisi kimi özlərini təqdim edirlər. Halbuki, "Kamran MMC" bu məsələdən xəbərsizdir.

Hazırda bir neçə dələduza görə tikinti şirkəti bağlanıb, işçiləri həbs olunub. Biz istəyirik ki, Fəqan Nəsibov törətdiyi cinayət əməlinə görə həbs edilsin və adımız " Kamran MMC" məsələsində zərərçəkmiş şəxs kimi təqdim edilməsin".

Milli.Az

Böyütmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.