Cəmiyyət

Azərbaycanda su anbarı quruyub

18 Sentyabr 2014 12:50
1 Şərh     Baxış: 977
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Hacıqabul rayonunun Pirsaat-Nəvahi massivi ərazisində yerləşən Pirsaatçay su anbarı daha çox yağış sularından və Pirsaat çayından qidalanır. Milli.Az El TV-yə istinadən xəbər verir ki, su anbarının vasitəsi ilə hər il 5 yaşayış məntəqəsində əkinə yararlı olan 7 min hektardan artıq sahə suvarılır.

Lakin bu il havaların quraq və isti keçməsi Pirsaatçay su anbarına ciddi təsir göstərib. Uzun
müddət davam edən quraqlığın təsirindən anbar tamamilə quruyub. Pirsaatçay su anbarının quruması əkin sahələrinin suvarılmasında çətinliklər yaradıb. Quraqlığın törətdiyi fəsadları aradan qaldırmaq və əkin sahələrini suvarmaq üçün yalnız sol sahil Nəvahi su nasos stansiyasından istifadə olunub.

Qeyd edək ki, su tutumu 7 milyon kubmetr olan anbarda genişləndirmə işləri aparılır. Anbarın ümumi su tutumunun 9 milyon kubmetrə çatdırılması planlaşdırılır. Lakin mütəxəssislərin
fikrincə, anbarın su tutumu artırılsa da, bu, o qədər də dayanaqlı deyil. İstənlən vaxt anbardakı su quruya və yenə problem yarana bilər. Mütəxəssilər deyirlər ki, anbara Kür çayından su çəkməklə, problemi birdəfəlik həll etmək mümkündür.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.