Cəmiyyət

Baş prokuror jurnalistin döyülməsi ilə bağlı araşdırmanı nəzarətə götürdü

17 Sentyabr 2014 18:37
0 Şərh     Baxış: 1 019
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Jurnalist Tapdıq Fərhadoğlunun döyülərək xəsarət alması ilə bağlı Yasamal rayon Prokurorluğuna etdiyi müraciət üzrə araşdırmanın qeyri-obyektiv aparılması barədə kütləvi informasiya vasitələrində dərc edilmiş məqalədə göstərilənlərlə əlaqədar araşdırma Baş prokuror Zakir Qaralov tərəfindən nəzarətə götürülüb
Bu barədə Trend-ə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.

Müraciətdə qeyd edilən xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılmaqla qanuna müvafiq qərarın qəbul edilməsi barədə göstəriş verilib.

Xatırladaq ki, fevralın 20-də Bakı Dövlət Universitetinin mühafizə xidmətinin rəhbəri Mahir Höcətovun tələbələrin etiraz aksiyasını çəkən jurnalist T.Fərhadoğlunun kürəyinə və başına arxadan bir neçə təpik və yumruq vurduğu iddia edilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.