Cəmiyyət

Orta məktəblərdə iş dəftərlərinin istifadəsi zəruridirmi?

17 Sentyabr 2014 16:16
3 Şərh     Baxış: 1 241
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Artıq bir neçə ildir ki, ölkə məktəblərində şagirdlərə dərsliklər pulsuz paylanır. Əgər öncəki illərdə dərslik komplektinə dərslik, müəllim üçün metodik vəsait və iş dəftəri daxil idiisə, artıq Azərbaycanın orta məktəblərində istifadə olunan iş dəftərləri dərslik komplektindən çıxarılıb. Onların istifadəsi müəllim və valideynlərin öhdəliyinə verilib. Bəs, görəsən, iş dəftərlərinin istifadəsi zəruridirmi?

Milli.Az Kəpəz TV-yə istinadən xəbər verir ki, iş dəftərləri tədris olunan mövzunun daha dərindən mənimsənməsinə köməklik edir. Dərslikdə verilən mövzu iş dəftərlərinin vasitəsi ilə daha da möhkəmləndirilir. Burada verilən müxtəlif məzmunlu çalışma və suallar keçilən dərsin şagird tərəfindən daha yaxşı qavranması ilə yanaşı, eyni zamanda fənnlərarası inteqrasiyanın yaranmasına köməklik edir. Artıq üçüncü ildir ki, orta məktəblərdə istifadə olunan iş dəftərləri dərslik komplektindən çıxarılıb və onların istifadəsi müəllim və valideynlərin ixtiyarına verilib.

Yeganə Səfərova, əməkdar müəllim: "Valideyn iclasında birgə müzakirə edirik. Bunun vacibliyini, nə qədər önəmli olduğunu qərara alırıq və razılaşma yolu ilə iş dəftərini əldə edirik".
 
İş dəftərinə daxil edilən müxtəlif məzmunlu sual, sxem, cədvəl və s. tapşırıqlar şagirdlərdə müstəqil çalışma bacarığını artırır, tədris olunan fənnin ətraflı şəkildə mənimsənməsinə şərait yaradır. Lakin iş dəftərlərinin bütün bu sadalananlarla yanaşı bir sıra mənfi cəhətləri də var.

Yeganə Səfərova:"Aztəminatlı ailələr üçün iş dəftərini əldə etmək bir az çətin olur. Nəzərə alsaq ki, hər gün 4-5 dərs olur və dərsliklə bərabər hər gün şagird iş dəftərini də gətirməlidir, bu, onların səhhətinə zərər verir".
 
Elə bu kimi səbəblər nəzərə alınaraq, Təhsil Nazirliyinin qərarı ilə orta məktəblərdə istifadə olunan iş dəftərləri dərslik komplektindən çıxarılıb və onların istifadəsində məcburiyyət yoxdur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.