Cəmiyyət

Bakıda maşınlar artır, yollar isə...

17 Sentyabr 2014 19:39
2 Şərh     Baxış: 639
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ekspert Sülhəddin Gözəlov: "Paytaxt yollarında tıxacların yaranmasının bir səbəbi də avtomobillərin çoxluğu, küçə-yol şəbəkəsinin azlığıdır. Bakı şəhərində nəqliyyat üçün nəzərdə tutulmuş ərazi ümumi sahənin 8-9 faizini təşkil edir. Halbuki, bu, ən azı 15-20 faiz olmalıdır".

"Tələsirdim"... Bu, sadəcə, bəhanədir, hamı tələsir, ancaq bu heç kimə əsas vermir ki, yol hərəkəti qaydalarını pozsun. Sənin "tələskənliyin" mənim və ya başqa birisinin nəqliyyat vasitəsinin qəzaya uğramasına, insan itkisinə yol açacaqsa, bunun hesabı qanun qarşısında ağır olmalıdır". Bu fikirlər millət vəkili Adil Əliyevin dünən "facebook"da yollarımızdakı vəziyyətə dair yazdığı statusdandır. Onun sözlərinə görə, bu kimi sürücülərə qarşı qanunların sərtləşdirilməsinə ehtiyac var: "Əslində onlar tələsmirlər, sadəcə, qanunla maşını idarə etməyə hövsələləri çatmır. Hövsələsi çatmırsa, demək, beləsi elə şəkildə cəzalandırılmalıdır ki, gələn dəfə "hövsələsizliyini" və "tələskənliyini" içində boğa bilsin. Türkiyədə olduğu kimi, Azərbaycanda da yolların kənarında "trafik canavarı olmayın!" reklam lövhələri vurulmalıdır ki, qayda-qanuna riayət etməyənlər həmin lövhəni görəndə özləri ilə "canavar" arasında fərq qoysunlar".

Bəli, yollarımızda yaranan qəzaların da, tıxacların da əsas səbəbkarları məsuliyyətsiz sürücülərdir. Amma elə problemlər də var ki, necə deyərlər, "el ilə gəlir". Söhbət ölkəmizdə avtomobillərin sayının artması, amma bunun qarşılığında yollarımızın çatışmamasından gedir.

Dövlət Gömrük Komitəsindən aldığımız məlumata görə, bu ilin sentyabr ayının 1-nə kimi ölkəmizə 43 min 276 ədəd avtomobil gətirilib. Onlardan 39 min 198-i minik, 3 min 575-i isə yük avtomobilidir. Qeyd edək ki, ötən ilin analoji dövründə bu göstərici 67 min 226 ədəd olub. Ümumilikdə ötən il Azərbaycana 104 min 385 avtomobil gətirilib. Ölkəyə avtomobillərin gətirilməsi müsbət haldır, amma ki bir "əmması" var.

Azərbaycan Texniki Universitetinin Avtomobil nəqliyyatı fakültəsinin dekanı, Baş Dövlət Yol Polisinin eksperti, texnika elmləri namizədi Sülhəddin Gözəlov isə hesab edir ki, paytaxt yollarında tıxacların yaranmasının bir səbəbi də avtomobillərin çoxluğu, küçə-yol şəbəkəsinin azlığıdır. S. Gözəlov deyir ki, Bakı şəhərində olan avtomobillərin sayını Bakının ərazi sahəsinə bölsək, təqribən hər kvadratkilometrə 400 avtomobil düşür. Halbuki dünya üzrə bu norma 7 avtomobil götürülüb.

S. Gözəlovun sözlərinə görə, Bakı şəhərində nəqliyyat üçün nəzərdə tutulmuş ərazi ümumi sahənin 8-9 faizini təşkil edir. Halbuki Avropa ölkələrində bu göstərici 25-30 faiz, Amerikada 45 faizdir.
 

"Zaman Azərbaycan"

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.