Cəmiyyət

"Ya-Sin" sözünün mənası nədir?

18 Sentyabr 2014 23:20
3 Şərh     Baxış: 15 066
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Milli.Az islam.az-a istinadən bildirir ki, Ya-Sin "Qurani-kərim"in 36-cı surəsinin adıdır. "Quran"ın 29 surəsi ayrı-ayrı hərflərlə başlayır. Bu hərflərin ümumi sayı 14-dür. Bəzi surələr bir hərflə, bəziləri isə iki, üç, dörd ya beş hərflə başlayır. Surələrin əvvəlindəki bu hərflərə "müqəttəə hərfləri" deyilir. Onların mənası barədə alimlərin arasında nüxtəlif fikirlər vardır.

Ya-Sin surəsinin əvvəlindəki "y" (ya) və "s" (cin) hərflərinə gəlincə, burada Həzrət Mühəmməd Peyğəmbərə (s) işarə olunduğunu bildirirlər. Həmin fikrə görə, bu hərflər "ya seyyid" (ey seyyid, ey ağa) ifadəsinin qısa variantıdır. Məlumdur ki, Peyğəmbərin ləqəblərindən biri də "seyyid"dir (ağa, başçı). Bəzi dini kitablarda və klassik ədəbiyyat nümunələrində "Ya-Sin" ifadəsi İslam Peyğəmbərinin ləqəbi kimi işlədilib.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.