Cəmiyyət

Simvolik məzarlar

17 Sentyabr 2014 14:13
0 Şərh     Baxış: 945
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Təəsüflər olsun ki, baş verən qəzaların böyük əksəriyyəti ölümlə nəticələnir. Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, magistiral yolların kənarında avtomobil qəzalarının baş verdiyi ərazilər qırmızı lent və güllərlə bəzədilir. Faciyəvi qəza nəticəsində dünyasını dəyişən şəxs haqqında məlumat lövhəsi yerləşidirilir.

Bu cür nişanları respublikanın əksər yol kənarlarında görmək mümkündür. Elə qəzaların ən çox yaşandığı Bakı-Şamaxı magistiral yolunun bir neçə yerində belə nişanlar mövcuddur. Bəziləri üçün bu lövhələr gərəksiz hesab edilə bilər. Amma bəzi sürücülərin fikrincə, bu, heç də belə deyil.

Bu cür nişanlar başlıca olaraq sürcüləri daha məsuliyyətli olmağa səsləyən bir mesajdır. Sürücülər üçün bu cür yerlər yüksək sürətin nə ilə nəticələndiyini bildirən nümunədir. Bu da baş verəcək dəhşətli qəzaların az da olsa qarşısını alır. Təhülkəsizliyimiz öz əlimizdədir. Unutmalıyıq ki, hər birimizi evdə gözləyən var. Sürət məsafəni yox, ömrü qısaldır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.