Cəmiyyət

100-ə yaxın yaşayış evində çatlar əmələ gəlib

17 Sentyabr 2014 12:07
0 Şərh     Baxış: 921
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əraziyə müvafiq orqanların əməkdaşları baxış keçirib

Milli.Az Regional TV-yə istinadən xəbər verir ki, Xızı şəhərinin Bəşir Səfəroğlu, Vüsaqi, Mikayıl Müşfiq və Zəngəzur küçələrində yerləşən evlərin divarlarında çatlar günbəgün çoxalır. Sakinlər deyirlər ki, bu küçələrdəki 100-ə yaxın fərdi yaşayış evinin əksəriyyəti 12-14 il əvvəl inşa olunub. Lakin tikintidən 1 il belə keçməmiş divarlar çatlamağa başlayıb. Son 1 il ərzində isə çatlama prosesi sürətlənib.

Xızı şəhər bələdiyyəsinin sədri Mövsüm Bağırov evlərdə əmələ gələn çatları təbii ekzogen proseslərlə əlaqələndirir. Bələdiyyə sədri bildirir ki, yaşayış evləri tikilərkən inşaat qaydalarına əməl olunmayıb. Bununla yanaşı son 1 ildə hava şəraitinin quraq olması da evlərdə çatlama prosesini sürətləndirib.
 

Xızı Rayon İcra Hakimiyyətindən bildirdilər ki, cari ilin iyul ayında Fövqəladə Hallar Nazirliyinin nümayəndələri qeyd olunan ərazidə 25 fərdi yaşayış evinə baxış keçirib. Mənzillərdən 21-nin qəzalı vəziyyətdə olduğu aşkarlanıb. Həmin evlərin gələcək taleyi ilə bağlı isə Nazirlər Kabineti qarşısında məsələ qaldırılıb. Sentyabrın 16-da Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da, Xızı şəhəri, Tıxlı və Baxışlı kəndlərində yerləşən daha 14 evə baxış keçirib. Müşahidələr bitdikdən sonra yaşayış evləri ilə bağlı müvafiq qərar veriləcək.


Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.