Cəmiyyət

Azərbaycanda yaşayış evləri arasında ara məsafəsi nə qədər olmalıdır? - QƏRAR

17 Sentyabr 2014 12:00
3 Şərh     Baxış: 6 203
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Nazirlər Kabineti "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"da dəyişikliklər edilməsi barədə qərar qəbul edib

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, hökumətin qərarına əsasən, "Ara məsafəsi ilə bağlı müfəssəl Qaydalar"ın 9-cu hissəsindən "kənd ərazilərində və" sözləri çıxarılıb və həmin hissəyə "divar hündürlüyünün 0,4 hissəsi" sözlərindən sonra "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80-ci maddəsinə əsasən barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evlərinə münasibətdə isə divar hündürlüyünün 0,3 hissəsi" sözləri əlavə edilib.

Qeyd edək ki, bundan əvvəl qaydalara görə, ara məsafəsi olaraq divar hündürlüyünün 0,6 hissəsi, kənd ərazilərində və xüsusi yaşayış ərazilərində (hərbi şəhərciklər, tələbə şəhərcikləri, müvəqqəti məskunlaşma əraziləri) divar hündürlüyünün 0,4 hissəsi, yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş ərazilərdə və sənaye ərazilərində divar hündürlüyünün 0,25 hissəsi qəbul olunurdu.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.