Cəmiyyət

Müayinə üçün xaricə gedən şəxsin evini yıxdılar - VİDEO

17 Sentyabr 2014 11:10
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12 il əvvəl İcra Hakimiyyətinin tikinti üçün ona verdiyi izn sənədi bu gün qüvvədən düşüb

Xarici ölkəyə müayinə olmaq üçün üz tutan vətəndaşın paytaxtda baş qaldıran problemləri səfərinin nəticəsini gözləmədən geri dönməsinə səbəb olub. Onun sözlərinə görə, əlində sənədləri ola-ola tikilisi sökülüb. Amma aidiyyəti qurum da bu söküntünün əsaslı olduğunu iddia edir.

ANS TV-nin məlumatına görə, birinci qrup əlil olan İntiqam Kələntərov deyir ki, 12 il bundan əvvəl bələdiyyə sənədləri əsasında Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Ruslan Allahverdiyev küçəsində torpaq sahəsi alıb və həmin sahədə özünə ev tikdirib. Kələntərov bələdiyyə sənədləri əsasında Binəqədi Rayon İcra Hakimiyyətindən tikinti üçün icazə də aldığını bildirir.

Keçən ay isə müayinə üçün Türkiyəyə gedən İntiqam Kələntərova qonşularından xəbər gəlib ki, onun evi yerli icra qurumu tərəfindən sökdürülüb. Buna inanmayan Kələntərov müayinəsini dayandıraraq paytaxta qayıtmalı olub. Gördüyü mənzərə onu dəhşətə gətirib. Evi içərisində əşyaları ilə birlikdə dağıdılıb. İntiqam Kələntərova evinin sökülməsilə bağlı rayon icra hakimiyyəti ona heç bir məhkəmə qərarı da göstərmədiyini deyir.

Problemlə bağlı ərazi üzrə icra nümayəndəliyinə üz tutduq. Qurumdan, bu məsələdən xəbərdar olmadıqlarını bildirdilər.

Problemin məğzini öyrənmək üçün Binəqədi Rayon İcra Hakimiyyətilə əlaqə saxladıq. Qurumdan bildirdilər ki, İntiqam Kələntərov yalnız 2002-ci ildə verilmiş sənəd əsasında elə o ildə də tikinti etməli imiş. Ancaq vətəndaş bağ evini ötən ay icra hakimiyyətinə müraciət etmədən tikib. Məhz buna görə də ona dəfələrlə xəbardarlıq edilib. İndi İntiqam Kələntərov bağ evinin esksiz layihəsini almalı və quruma ərizə ilə tikinti etmək üçün yenidən müraciət etməlidir.

Milli.Az

Videonu izləmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.