Cəmiyyət

Vaşinqton dillər məktəbi - Bakıda ilk dil daşıyıcıları ilə - FOTO

17 Sentyabr 2014 09:00
Baxış: 1 503
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
WSL payız semestri üçün ingilis dili kursları, ingilis biznesi, SAT, TOEFL, IELTS, GRE və GMAT üzrə qeydiyyatın başlandığını elan edir. WSL-in müəllim heyətinin 80 faizi Kanada, ABŞ, İrlandiya və Avstraliyadan olan dil daşıyıcılarından ibarətdir. Məktəb müəllim seçimi zamanı sərt tələblər irəli sürür. Nəticədə WSL-in müəllimləri təhsil sahəsində elmlər doktoru mütəxəssisləridir. WSL Bakıda Avstraliyanın Melburn Universitetinin elmlər doktoru (PhD) dərəcəsi olan müəllimin ştatda olduğu yeganə məktəbdir.

Şirkət bütün fəaliyyəti dövründə 40 mindən artıq tələbəyə ingilis dili öyrədib və testlərə hazırlayıb. Məktəbin bir çox tələbələri Corctaun, Kembric, Oksford, Mançester kimi universitetlərdə və dünyanın digər ali məktəblərində təhsil alıblar və ya təhsillərini davam etdirirlər.

WSL ingilis dilinin və standartlaşdırılmış testlərin korporativ və şəxsi müştərilərə tədrisi üzrə ixtisaslaşıb. Məktəbin portfelinə, həmçinin "xaricdə təhsil" istiqaməti daxildir. WSL bu yaxınlarda Finlandiyanın Helsinki şəhərində növbəti ofisini açıb və oradan xaricdə təhsil üzrə fəaliyyətini əlaqələndirir. Şirkətin Bakı, Helsinki və Vaşinqtonda ofisləri fəaliyyət göstərir.

Şirkət Bakıda fəaliyyət göstərdiyi dövrdə tərəfdaşlıq əlaqələri qurmağa və ARDNŞ-nin ixtisaslaşdırılmış bölmələrində, Təhsil Nazirliyində, hüquq-mühafizə strukturlarında və özəl şirkətlərdə tədrisə başlamağa nail olub.

İngilis dilinin səviyyəsi əcnəbi müəllimlərdən dərslər almağa imkan verməyən tələbələr üçün WSL xaricdə təhsil almış yerli mütəxəssislərlə məşğələlərə başlamağı təklif edir. WSL şəxsi müəllif təhsil proqramlarına malikdir və tədris üçün öz beynəlxalq təcrübəsindən istifadə edir. WSL ofisi dilin səmərəli tədrisi və imtahanlara hazırlaşmaq üçün lazım olan bütün avadanlıqlarla təchiz olunub. Məktəb kitablar, audio və videoləvazimatları olan resurs otağına, eləcə də kitabxanaya malikdir.

WSL dilin səviyyəsinin müəyyən edilməsi üçün ödənişsiz testlər keçirir və hər üç aylıq semestrdən sonra sertifikatlar verir. WSL, həmçinin işgüzar əlaqələr qurmaq üçün də yaxşı məkandır, çünki məktəbin tələbə heyəti arasında müxtəlif şirkətlərin və dövlət müəssisələrinin çoxlu sayda nümayəndələri var. WSL təkcə klassik formada dil tədrisinə deyil, həm də "conversation club" və "cinema nights" çərçivəsində birgə vaxt keçirməyə istiqamətlənib.

WSL ofisi şəhərin mərkəzindəki "AF Business House"-da, Nizami küçəsi, 203 b-də yerləşir.

Əlaqə nömrələri: 012 498 01 88, 077 450 00 70, 050 322 06 25, 055 711 38 65,

Şirkətin veb saytı: www.wsl-baku.com

Facebook səhifəsi: www.facebook.com/wlsbaku

Böyütmək üçün şəkillərə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.