Cəmiyyət

Bu günün hava proqnozu

17 Sentyabr 2014 00:05
1 Şərh     Baxış: 3 375
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-28 m/s-dək güclənəcəyi, küləyin ani maksimal sürətinin bəzi ərazilərdə 30-34 m/s-yə çatacağı ehtimalı var.

Temperaturun gecə 19°-yə yaxın, gündüz 20-24° isti, Bakıda gecə 19°-yə yaxın isti, gündüz 21-23° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Qərb, şimal-qərb küləyinin ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcəyi ehtimalı var.
Temperaturun gecə 14-19° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var.

Qərb, şimal-qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi ehtimalı var.

Temperatur gecə 6-11° isti, gündüz 13-18° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Qərb, şimal-qərb küləyinin arabir 18-23 m/s, ayrı-ayrı yerlərdə arabir 28-33 m/s-dək güclənəcəyi ehtimalı var.

Temperaturun gecə 15-20° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında şimşək çaxacağı, leysan xarakterli yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var.

Qərb, şimal-qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcəyi, küləyin ani maksimal sürətinin 30-34 m/s-yə çatacağı ehtimalı var.

Temperatur gecə 10-15° isti, gündüz 18-23° isti olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı var.

Qərb, şimal-qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-28 m/s-dək güclənəcəyi, bəzi Kür vadisi rayonlarında küləyin ani maksimal sürətinin 30-34 m/s-yə çatacağı ehtimalı var.

Temperatur gecə 15-20° isti, gündüz 23-28° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var.

Şimal-şərq küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə 25-30 m/s-dək güclənəcəyi ehtimalı var.
Temperatur gecə 17-20° isti, gündüz 22-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.

Hava şəraitinin dəyişiləcəyi haqqında xəbərdarlıq

Sentyabrın 17-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişiləcəyi, qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcəyi gözlənilir. Arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.