Cəmiyyət

Sınanacaq müəllimlərə buraxılış vərəqəsi veriləcək

16 Sentyabr 2014 15:30
0 Şərh     Baxış: 941
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu həftədən başlayaraq sınaq qiymətləndirmədə iştirak edəcək müəllimlərə buraxılış vərəqəsi göndərəcək.

İdarədən Trend-ə verilən məlumata görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümumtəhsil müəssisələrində işləyən müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və əlavə təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə 10-13 iyun 2014-cü il tarixlərində Bakı şəhərinin dövlət ümumtəhsil məktəblərində çalışan müəllimlərin bilik və səriştəsinin sınaq qiymətləndirilməsi keçirilib. Üzrlü səbəblərə görə qiymətləndirmədə iştirak edə bilməyən və sosial məzuniyyətdən qayıtmış müəllimlər üçün sentyabrın 20-də sınaq qiymətləndirmənin keçirilməsi nəzərdə tutulub.
 

Artıq bu həftədən başlayaraq sınaq qiymətləndirmədə iştirak etmək üçün dövlət ümumtəhsil müəssisələrinin hər müəlliminin adına buraxılış vərəqəsi göndəriləcək. Buraxılış vərəqələri məktəb rəhbərliyi tərəfindən müəllimlərə çatdırılacaq. Qiymətləndirmənin Bakı şəhərinin 2 məktəbində - 47 və 258 saylı orta məktəblərdə keçirilməsi nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.