Cəmiyyət

Azərbaycanda hava kəskin soyuyur

16 Sentyabr 2014 13:43
14 Şərh     Baxış: 8 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Bu gün gecədən Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişəcək, qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib.

Məlumata görə, sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19 dərəcəyə yaxın, gündüz 20-24 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sentyabrın 17-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək və güclənəcək.

Havanın temperaturu gecə 15-20, gündüz 23-28, dağlarda gecə 6-11, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.