Cəmiyyət

Azərbaycanın 20-yə yaxın dövlət qurumunun nümayəndələri nəyi müzakirə etdilər?

16 Sentyabr 2014 13:49
Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Gənclər və İdman Nazirliyində Azad Rəhimovun rəhbərliyi ilə 28-30 oktyabrda Bakıda keçiriləcək Gənclər Siyasəti üzrə I Qlobal Forumla bağlı təşkilat komitəsinin iclası keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, iclasda 20-yə yaxın dövlət qurumunun - Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Daxili İşlər, Milli Təhlükəsizlik, Maliyyə, Xarici İşlər, Səhiyyə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTac), "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Mədəniyyət və Turizm Nazirliyi və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunun rəsmiləri iştirak ediblər.

Azad Rəhimov qeyd edib ki, dünyada baş verən siyasi proseslərdə gənclərin rolu çox böyükdür. Məhz bu səbəbdən gənclər siyasətinə böyük önəm verən BMT-nin baş katibi Pan Gi Mun ikinci dəfə bu vəzifəyə seçilərkən təqdim etdiyi 5 əsas istiqamətdən birinin gənclər siyasəti ilə bağlı olduğunu bildirib və qurumun nəzdində gənclər siyasəti üzrə xüsusi büronun yaradılması qərarına gəlib. BMT-nin nəzdində yaradılmış gənclər siyasəti üzrə xüsusi qurumun elçisi Əhməd Əlhəndavini ölkəmizdə rəsmi səfərdə olub və Forum ətrafında geniş müzakirələr aparılıb.

Nazir qeyd edib: "Azərbaycan forumun ölkəmizdə keçirilməsi təklifini irəli sürən ilk ölkələrdən biri olub. 2014-cü ilin mart ayında Amerika Birləşmiş Ştatlarına rəsmi səfərim çərçivəsində BMT-də keçirdiyim görüş zamanı Forumun Azərbaycanda təşkil edilməsi ideyasına dəstək gəlib. Xüsusilə qeyd etməliyəm ki, Bakı şəhərində oktyabr ayında gerçəkləşəcək Gənclər Siyasəti üzrə I Qlobal Forum dünyanın gənclər siyasəti sahəsində yeni model olacaq".

Qeyd edək ki, foruma 170-dən artıq ölkədən 700-dən çox iştirakçının qatılacağı gözlənilir. Forumda gənclər siyasəti üzrə yeni istiqamətlərin işlənilməsi, növbəti illər üçün yeni addımların atılması, gənclər siyasəti üzrə müxtəlif ölkələrlə təcrübə mübadiləsinin aparılması və bu istiqamətdə əhəmiyyət kəsb edən digər mövzular diqqət mərkəzində olacaq. Forumda eyni zamanda, gənclər siyasəti üzrə yeni prinsipləri müəyyən edən sənədin hazırlanması da nəzərdə tutulur. Forumun 5 əsas tərəfdaşı Avropa Şurası, YUNESKO, BMT-nin İnkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə elçisi və Azərbaycan hökumətidir.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.