Cəmiyyət

Dünya fotoqraflar El TV-də - VİDEO

16 Sentyabr 2014 13:15
0 Şərh     Baxış: 2 507
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Avropa Mədəniyyət Fondu tərəfindən maliyyələşdirilən, Azərbaycan, Gürcüstan, Ukrayna, Belorus, Moldova və Ermənistanda həyata keçirilən "Mənim ölkəm şərq tərəfdaşlığı" layihəsi çərçivəsində baş tutan fotomüsabiqənin qalibləri El Televiziya Şirkətində olublar. Azərbaycan, Gürcüstan, Ukrayna, Belorus və Moldovadan olan 9 nəfərdən ibarət nümayəndə heyəti şirkətin baş direktoru İqbal Məmmədəliyevlə görüşüblər.

Görüşdə İqbal Məmmədəliyev televiziya haqqında qonaqlara məlumat verib.
Bildirib ki, şirkət fəaliyyət göstərdiyi 5 il müddətində bir çox layihələrə imza atıb. Sonra fotoqraflar teleşirkəti gəzərək burada yaradılan şəraitlə tanış olublar. Ardınca görüş çay süfrəsi arxasında davam edib. Azərbaycan Fotoqraflar Birliyinin İdarə heyyətinin sədri Mirnaib Həsənoğlunun bildirdiyinə görə, layihənin sonunda xüsusi kataloq hazırlanacaq: 

"Xüsusi olaraq böyük bir kataloq buraxılacaq və 65 səhifə yalnız Azərbaycana həsr olunacaq. Fotolardan ibarət bu kataloqlar, demək olar ki, satış məqsədli olmayacaq, yalnız bağışlanacaq və dünya kitabxanalarında yerləşdiriləcək".

Əcnəbi fotoqraflar El Televiziyasında və ümumiyyətlə, Azərbaycanda gördüklərindən məmnun qaldıqlarını deyiblər.
Ukrayna Fotoqraflar Birliyinin üzvü Valekin Aleksandrov "Azərbaycan xoşumuza gəldi. Baxıram çox tikintilər gedir. Bu, çox yaxşıdır. Siz düzgün xətt seçmisiniz" deyə vurğulayıb.

Gürcüstan Fotoqraflar Assosiasiyasının üzvü Nino Mqebrişvili də Azərbaycanın onlarda maraq doğurduğunu bildirib: "Bura müsəlman şərq ölkəsi kimi çox maraqlıdır və şərq tərəfdaşlığı çərçivəsində seçilir"
El Televiziya Şirkətində olan qonaqlara sonda baş direktor İqbal Məmmədəliyev tərəfindən hədiyyələr verilib. Birgə şəkil çəkdirilib.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.