Cəmiyyət

Şəkidə torpaqsız məhsul yetişdiriləcək - VİDEO

16 Sentyabr 2014 12:21
0 Şərh     Baxış: 1 534
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Şəkidə ilk dəfə topraqsız məhsul yetişdiriləcək. Bunun üçün hazırda müasir istixana kompleksi tikilir. Yeni obyektdə 40 nəfər daimi iş yeri ilə təmin olunacaq.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, istixana kompleksinin tikitintisinə bu ilin may ayından başlanıb. Hazırda ərazidə dəmir konstruksiyaların quraşdırılması işləri gedir. Daha sonra üzəri polietilen örtüklə örtüləcək və məhsul əkininə başlanacaq. İstixana kompleksində müxtəlif pomidor sortlarının yetişdirilməsi nəzərdə tutulur.
 

Müasir istixana kompleksi 2 hektar ərazini əhatə edir. Buranın əsas özəlliyi ondan ibarət olacaq ki, məhsul tam torpaqsız şəraitdə yetişdiriləcək. Eyni zamanda suvarma, pərdələmə və iqlimləmə sistemləri də avtomatik şəkildə qurulacaq.
 

İstixanada bitki Şri-Lankadan gətirilmiş kokobit adlı mineral lövhələrin üzərində yetişdiriləcək. Əldə olunan ekoloji təmiz məhsul isə həm yerli, həm xarici bazarlara çıxarılacaq. Burada 40 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur. İstixananın tikintisinin yaxın 2 ay ərzində başa çatdırılacağı gözlənilir. Tikintinin vaxtında təhvil verilməsi üçün hazırda ərazidə ikinövbəli iş aparılır.

Tikintidə istifadə olunan bütün avadanlıqlar Türkiyədən gətirilir. Görülən işlər lazımi effekt verəcəyi təqdirdə gələcəkdə istixananın ərazisinin daha da genişləndirilməsi nəzərdə tutulub.

Milli.Az


Videonu izləmək üçün şəkilə klikləyin.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.