Cəmiyyət

Bakıda növbəti avtobus biabırçılığı - VİDEO - FOTO

16 Sentyabr 2014 11:19
6 Şərh     Baxış: 5 669
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün səhər saatlarında Bakının bir çox yerlərində tıxac hökm sürürdü

Anspress-in məlumatına görə, əsasən, Binəqədi rayonu ərazisində, Beynəlxalq Avtovağzal ətrafında, "20 yanvar" metrosu yaxınlığında, Rəsulzadə qəsəbəsi ərazisində, Bakı-Sumqayıt yolunda, Xırdalan-Biləcəri istiqamətində və bir çox yerlərdə yollarda avtomobillərin hərəkəti iflic vəziyyətə düşmüşdü.

Baxmayaraq ki, Bakı Şəhər Dövlət Yol Polis İdarəsi və Nəqliyyat Nazirliyi tərəfindən bildirilmişdi ki, sentyabrın 15-dən gücləndirilmiş iş rejiminə keçiblər. Lakin yol polisinin işi yollarda hiss olunmur. Eləcə də, Nəqliyyat Nazirliyinin gücləndirilmiş iş rejiminə keçməsi də avtobuslarda basabasın, qapıların açıq vəziyyətdə idarə olunmasının və digər problemlərin aradan qaldırılmasına heç bir təsir etməyib.

Qeyd edək ki, Beynəlxalq Avtovağzal yaxınlığında tıxac olduğu üçün bir çox sərnişin avtobusları yolun əks istiqamətində hərəkət edirdilər. Yolun əks istiqamətində hərəkət edən 91 saylı sərnişin avtobusunun sürücüsü bunu ümumi qrafikdə gecikmə ilə izah edib.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.



Videonu izləmək üçün şəkilə klikləyin.


Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.