Cəmiyyət

"AzerNews" və "Bloomberg" birgə xəbər layihəsini işə salırlar

16 Sentyabr 2014 10:18
Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
Azərbaycanın ilk ingilisdilli qəzeti "AzerNews" və dünyanın qabaqcıl iqtisadi xəbər tədarükçülərindən biri olan "Bloomberg" agentliyi birgə xəbərlər layihəsini işə salırlar. "AzerNews"ın hər bir nəşri "Bloomberg" agentliyinin regional və qlobal xəbərlərini xüsusi səhifələrində dərc edəcək.

Trend-in məlumatına görə, "AzerNews"ın baş redaktoru Sevil Məlikova deyib ki, bu, yerli KİV bazarında xarici tərəfdaşla birgə reallaşdırılan ilk layihədir: "Biz unikal kontentli layihəni dəstəkləyəcəyik və ümid edirik ki, oxucularımız bunu layiqincə qiymətləndirəcəklər. İnanırıq ki, layihə qəzetimizin yerli və xarici oxucularının zövqünü oxşayacaq".
 

Maliyyə və iqtisadi sahələrdə yaxşı məlumatlılığı ilə tanınan "Bloomberg" agentliyinin xəbərləri ilə birlikdə məzmunlu kontent də qəzetin www.azernews.az saytında "Bloomberg" ilə birlikdə" xüsusi bölməsində onlayn rejimdə əlçatan olacaq.
 

1997-ci ildən nəşr edilən "AzerNews" qəzeti Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür. Dünya üzrə 18 min nəşr və 15 saytı özündə birləşdirən WAN-IFRA qeyd edilən sahədə ən nüfuzlu və iri assosiasiyadır.
 

"Bloomberg" şirkəti 1981-ci ildə Maykl Blumberq tərəfindən yaradılıb. "Bloomberg" agentliyi bazarın peşəkar iştirakçıları üçün iki qabaqcıl maliyyə xəbəri tədarükçüsündən biridir.

Agentliyin əsas layihələri sırasında "Bloomberg Terminal", "BloombergT","Bloomberg Markets" və "Bloomberg BusinessWeek" jurnalları, Bloomberg.com və BusinessWeek.com saytları, mobil qurğular üçün əlavə və "BloombergRadio" radiosu var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.